“Sepah” ilə ANCA-nın birləşdiyi nöqtə: TRİPP
Materialda Moskvanın və erməni-amerikan diasporunun bir hissəsinin ritorikasının qeyri-adi şəkildə üst-üstə düşməsi vurğulanır: «Moskvanın bu layihəyə dair tezisləri Amerikadakı erməni diasporunun bir hissəsi tərəfindən eynilə təkrarlanır. ANCA (Amerikanın Milli Erməni Komitəsi) kimi təşkilatlar TRIPP-i Ermənistanın suverenliyi sarsıdan layihə sayır və “Amerikanın korporativ maraqlarına təslim olma” kimi təqdim edirlər.
ANCA-nın siyasət üzrə direktoru Qalitski 2025-ci ilin avqustunda Ağ Evdə keçirilən üçtərəfli sammiti Ermənistanın “ABŞ tərəfindən dəstəklənən neomüstəmləkəçi korporasiyalar konsorsiumunun xeyrinə suveren hüquqlarından imtina etməsi” kimi xarakterizə etmişdi. Bu xarakteristika Tehranda SEPAH-la (İslam İnqilabı Keşikçiləri Korpusu) əlaqəli medianın müdafiə etdiyi mövqe ilə çox yaxındır.
Beləliklə, BESA-nın qiymətləndirməsinə görə, TRIPP təkcə infrastruktur layihəsinə deyil, həm də Rusiyanın, İranın və regionda Qərbin iştirakını tənqid edən erməni diaspor strukturlarının bir hissəsinin maraqlarının kəsişdiyi simvolik bir qırılma xəttinə çevrilir.
Tariyel Həsənov
AzVision.az
Teqlər: TRİPP







Vaxtında, Aydın, Lazımlı!


