Fond: “Yayılan məlumatlar yanlışdır”

Fond: “Yayılan məlumatlar yanlışdır”
  25 Aprel 2013    Oxunub:1811
Azərbaycanda aprel ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafiklə nəzərdə tutulan vaxtdan əvvəl başa çatdırılıb.
AzVision.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprel ayının 25-nə qədər pensiyaçıların bank hesablarına ümumilikdə 174 mln.manat keçirilib. Hazırda Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabında 30 milyon manatdan çox vəsait vardır ki, bu da növbəti aylar üçün pensiyaların maliyyələşdirilməsində istifadə ediləcək.

Qeyd olunmalıdır ki, əmək pensiyalarının əhaliyə sabit və dayanıqlı catdırılmasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ilin ötən dövrü ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi daim vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin edilmişdir. Fond tərəfindən gələcəkdə də pensiyaların vaxtında maliyyələşdirilməsi üçün lazımi tədbirlər davam etdirilir. Lakin son günlər bəzi kütləvi informasiya vasitələrində pensiyaların əhaliyə çatdırılmasında gecikmələrə yol verildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır. Bir daha bildiririk ki, hər hansı mənbəyə istinad olunmadan, birtərəfli qaydada yayılan bu informasiyalar qərəzli və yanlışdır.


Teqlər:  





Xəbər lenti