Yaralı əsgərlərimizdən biri öldü

Yaralı əsgərlərimizdən biri öldü
  25 Aprel 2013    Oxunub:1227
Azərbaycanda 10 gün əvvəl hərbi hissələrdən birində baş verən partlayışda yaralanan əsgərlərdən biri dünyasını dəyişib.
Aprelin 15-də ağır yanıq xəsarəti ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilən əsgər Natiq Musazadə həkimlərin səyinə baxmayaraq bu gün dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu Apa-ya açıqlamasında N. Musazadənin aldığı yanıq xəsarətindən dünyasını dəyişməsi faktını təsdiqləyib.

Qeyd edək ki, hadisə aprelin 14-də Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində baş verib. Hərbi hissənin qazanxanasında baş verən partlayış zamanı hərbi hissənin əsgərləri, Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış Natiq Musazadə və Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılmış Xaliq Bayramov yanıq xəsarətləri ilə hospitala yerləşdiriliblər.


Teqlər:





Xəbər lenti