YAP nümayəndə heyəti Vyetnamda səfərdədir

YAP nümayəndə heyəti Vyetnamda səfərdədir
  25 Aprel 2013    Oxunub:1991
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 19-cu iclasında iştirak edir.
Yeni Azərbaycan Partiyasından AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinə Yeni Azərbaycan Partiyasını İcra katibinin müavini, millət vəkili Mubariz Qurbanlı və partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev daxildir.

Səfər çərçivəsində YAP nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 19-cu iclasında və qrup iclaslarında iştirak edəcək, tədbirə ev sahibliyi edən Vyetnam Kommunist Partiyasının rəhbər şəxsləri ilə görüş keçirəcəklər.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanacaq.

Səfər aprel ayının 29-da yekunlaşacaq.


Teqlər:  





Xəbər lenti