İlham Əliyev Ekmələddin İhsanoğlunu qəbul edib

İlham Əliyev Ekmələddin İhsanoğlunu qəbul edib
  25 Aprel 2013    Oxunub:1570
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.
Ekmələddin İhsanoğlu ölkəmizə hər gəlişi zamanı böyük inkişaf prosesinin şahidi olduğunu dedi.

O, Azərbaycanın təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi.
Baş katib təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın rolunu xüsusi qeyd etdi.

Azərbaycanda gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı bu baxımdan son illərdə Bakıya və respublikanın digər regionlarına sərmayə qoyuluşunun artmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunda əldə edilən nailiyyətlərin əhəmiyyətini xüsusi vurğuladı.

Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclasının Bakıda keçirilməsini təşkilata üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın bu təşkilatın bütün strukturlarında fəal əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edildi, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:





Xəbər lenti