AzTV-dən İTV-yə “köç” - YENİLƏNİB

AzTV-dən İTV-yə “köç” - YENİLƏNİB
  25 Aprel 2013    Oxunub:2144
Cəmil Quliyev İctimai Televiziyada kadr dəyişikliklərini davam etdirir
Aprel ayının 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə gələn Cəmil Quliyev bugündən kadr islahatlarına başlayıb. Telekanala artıq AzTV və AzərTac-dan işçilər gəlməyə başlayıb.

Telekanalın Reklam şöbəsinin müdiri də işdən çıxarılıb

İctimai Televiziyadan AzVision.az-a verilən məlumata görə, AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri Oqtay Bayramov “Carçı” verilişinə transfer olub.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru Rafiq Nəbiyevi AzTv-dən gələn əməkdaş əvəz edib


İctimai televiziyanın baş operatoru Yusif Yaqubov da işdən çıxarılıb

Televiziyanın maliyyə şöbəsinin müdiri Hamlet Mollayev çıxarılmış, Əliabbas adlı şəxsi isə texniki direktor vəzifəsinə təyin olunub.

Eləcə də Kadrlar şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb və onu da AzTV-dən gələn Maqsud adlı şəxs əvəz edib.

Qeyd edək ki, aprelin 25-də İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir: Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini; Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini; Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru; İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.

AzVision.az


Teqlər:  





Xəbər lenti