Xəzərin statusu ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

Xəzərin statusu ilə bağlı növbəti görüşün vaxtı açıqlandı
  26 Aprel 2013    Oxunub:1263
Xəzərin statusu ilə bağlı Xəzəryanı ölkələrin ekspertlərinin növbəti görüşü sentyabrda Bakıda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Xələfovun sözlərinə görə, Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı Tehranda keçirilən 32-ci iclasda konvensiyanın qəbulu istiqamətində əhəmiyyətli iş görülüb.

O, konvensiyada qoyulan məsələlərin bu baxımdan əməkdaşlıq prinsiplərinin qurulmasına görə vacibliyini vurğulayıb.

Bir sıra məsələlər var ki, onlar ikitərəfli formatda həll olunur. Məsələn, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibi ilə bağlı sərhədləri müəyyənləşdiriblər"-deyə nazir müavini bildirib.

XİN müavini onu da əlavə edib ki, hazırda ən vacib məsələ Xəzərin səthinin istifadəsi ilə bağlı məsələnin müzakirə olunması, razılıq əldə olunmasıdır.

X. Xələfov onu da vurğulayıb ki, balıqçılıq zonasının müəyyən edilməsi, nərə balıqlarının ovuna qadağa qoyulması məsələləri Tehran görüşündə ciddi şəkildə gündəmə gətirilib və
həmin bu məsələlərin konvensiya çərçivəsində tərəflərin mövqelərinin razılaşdırılması baxımından irəliləyişlər əldə olunub.

Anar


Teqlər:  





Xəbər lenti