Roland Kobia Gəncədə

Roland Kobia Gəncədə
  26 Aprel 2013    Oxunub:1134
Avropa İttifaqının Azərbaycan nümayəndəliyini rəhbəri Roland Kobia və onu müşayiət edən nümayəndə heyəti Gəncəyə səfər edib.
Roland Kobia Avropa İttifaqının maliyə dəstəyi ilə həyata keçirilən layihələrlə maraqlanıb. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşən qonaqlar bir sıra məsələlər və layihələr ətrafında müzakirələr aparıb.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin genişləndirilməsindən danışan Roland Kobia bölgələrdə həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Görüşdə həmçinin Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı elan olunması istiqamətində görülən işlər barəsində də qonaqlara ətraflı məlumat verilib. Nümayəndə heyəti Gəncədən sonra Bərdə və Goranboy rayonlarında da səfərdə olub.


Teqlər:  





Xəbər lenti