Seriallara vəsaitin ayrılması məsələsində tələsmirik

Seriallara vəsaitin ayrılması məsələsində tələsmirik
  26 Aprel 2013    Oxunub:1169
“Azərbaycanda həddindən çox prodakşn var“.
“Serialların üçün vəsaitin ayrılması məsələsində tələsmirik. Bu barədə çox ciddi şəkildə düşünüləcək“.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bildirib ki, birinci mərhələdə bəzi məsələlər var idi ki onların həlli üçün bu mərhələni keçməli idik.

“Belə ki, ayrı-ayrı prodakşnlarda maddi-texniki bazanın formalaşması, aktyorların əmək haqqı, ssenarilərin meydana gəlməsi məsələləri var idi. Artıq bu mərhələ arxada qalıb. Azərbaycanda həddindən çox prodakşnlar var və bəzən onların çoxluğu məni təəccübləndirir. Özüm araşdırma apardım. Bizə film çəkmək üçün müraciət edən prodokşnların sayı 35-dən çoxdur”.

N. Məhərrəmli bildirib ki, Azərbaycanda prodakşnların sayı çox olsa da, istehsal olunan filmlər azdır: “Hətta peşəkar olmayanlar da bu işə həvəs göstərirlər”.

Anar


Teqlər:  





Xəbər lenti