Yeni nazir KİV-ə müraciət etdi

Yeni nazir KİV-ə müraciət etdi
  26 Aprel 2013    Oxunub:1107
Müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.
Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur.

Eyni zamanda bildiririk ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq. Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin [email protected] elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti