Araz Əzimov 30 ölkənin naziri ilə bir arada

Araz Əzimov 30 ölkənin naziri ilə bir arada
  26 Aprel 2013    Oxunub:1341
Almatı şəhərində Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət və “Asiyanın ürəyi” adlanan bölgəni əhatə edən İstanbul Prosesi çərçivəsində növbəti nazirlər konfransı keçirilib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün Almatı şəhərində Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət və “Asiyanın ürəyi” adlanan bölgəni əhatə edən İstanbul Prosesi çərçivəsində növbəti nazirlər konfransı keçirilib.

Görüşdə 30 (otuz) dövlətin xarici işlər nazirləri və yüksək vəzifəli nümayəndələri və həmçinin, bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edib.

Konfrans zamanı Almatı Bəyannaməsi qəbul olunub.

Bəyannamədə “Asiyanın ürəyi” bölgəsində etimadın yaradılması, regional əməkdaşlığın inkişaf etdirilməsi və dövlətlərin üzləşdiyi ümumi təhdidlərlə mübarizənin əsas prinsipləri və istiqamətləri öz əksini tapıbr. Görüş zamanı Bəyannamə ilə birlikdə həmçinin etimad quruculuğu tədbirlərinin icra planları qəbul olunuyb.

Nazir müavini Araz Əzimov çıxışı zamanı qeyd edib ki, Əfqanıstanla dostluq münasibətləri olan, “Asiyanın ürəyi” regionunda yerləşən və beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olan Azərbaycan İstanbul Prosesində aktiv rol oynayır və nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına öz töhfəsini verəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası İstanbul Prosesi çərçivəsində Narkotiklərlə mübarizə və Regional infrastruktur etimad quruculuğu tədbirlərinə həmsədrlik edir.

Almatı konfransı zamanı İstanbul Prosesinin növbəti nazirlərin konfransının Çində keçirilməsi qərara alınıb.



Teqlər:  





Xəbər lenti