İlham Əliyev CAR-ı təbrik etdi

İlham Əliyev CAR-ı təbrik etdi
  26 Aprel 2013    Oxunub:1121
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə bu ölkənin prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:


Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Ceykob Gedleyihlekisa Zumaya

Hörmətli cənab Prezident,
Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar dostluq əlaqələrimizin və əməkdaşlığımızın daim genişlənməsi və möhkəmlənməsi üçün yeni imkanlar açacaqdır.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Teqlər:  





Xəbər lenti