Nazir hicablı şagirdi qəbul edib

Nazir hicablı şagirdi qəbul edib
  27 Aprel 2013    Oxunub:1369
Təhsil naziri Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə baş vermiş insidentlə bağlı görüş keçirib.
Təhsil nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata gör, bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XIb sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət edib.

Müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib.

Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillərin əsasına qurulmasının vacibliyi nazir tərəfindən vurğulandı.

Xatırladaq ki, bu gün Yasamal rayonunda 53 saylı məktəbdə TQDK nümayəndələrinin döyülməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, TQDK nümayəndələri 11-ci sinifdə oxuyan hicablı qızdan hicabı açmasını tələb edib. bu zaman hicablı şagird soyuqqanlılıqla "açmıram" deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndələri sinif qarşısında "yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar" deyərək qızı təhqir edib. Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döydükləri deyilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti