Xarici ağaclar ekologiyamızı məhv edə bilər

Xarici ağaclar ekologiyamızı məhv edə bilər
  27 Aprel 2013    Oxunub:2563
Hacıbala Abutalıbov Rusiya telekanalına Bakıya gətirilən kaktus və palmalar barədə danışıb.
Azərbaycanlı ekoloqların fikrincə, son dövrlər Azərbaycan paytaxtını bəzəyən yaşıllıqlar ölkənin ekoloji sistemini məhv edə bilər.

Rusiyanın “Mir” telekanalına müsahibəsində ekoloq Telman Zeynalov yeni əkilən ağacların qədim ağac növlərinin və torpağın məhvinə gətirib çıxaracağını və bütün regionlarda epidemiyaların sürətlə artması ilə nəticələnəcəyini deyib.

Həkimlərin də narahatlığına əsas var. Belə ki, Bakı parklarında ekzotik ağacların sayının artmasından sonra paytaxt sakinlərinin allergiya şikayətləri də xeyli artıb.

Həkimlərin sözlərinə görə, Bakı sakinlərində ekzotik bitkilərə qarşı allergiya son illərdə, paytaxt parklarında nadir ağacların əkilməsindən sonra sürətlə artıb.

“İnsan dayanmadan asqırmağa başlayır, bir neçə saat sonra göz ətrafında şişkinlik yaranır və iştahası pozulur. Çoxsaylı müraciətlərdən sonra biz bu xəstələrin tez-tez ekzotik bitkilərlə bəzədilmiş parklarda gəzdiklərini müşahidə etdik. Əsasən uşaqlar bu allergiyadan əziyyət çəkir”, - deyə həkim-allerqoloq Sevda Rzayeva deyib.

Niyə parklarda və istirahət zonalarında Azərbaycan təbiətinə xas çinar və digər köklü ağacların yerinə, kaktus və palmaların əkilməsi sualına isə Bakı meri Hacıbala Abutalıbov cavab verib :

“Bu ağaclar daha gözəl və uzunömürlüdülər. Təəsssüf ki, bizdə belə ağaclar yoxdur və biz xarici ölkələrə üz tutmağa məcbur oluruq”.



Teqlər:





Xəbər lenti