Elmi-tədqiqat institutları yaradılır

Elmi-tədqiqat institutları yaradılır
  29 Aprel 2013    Oxunub:2020
Azərbaycanda bələdiyyələr tərəfindən elmi-tədqiqat institutları yaradıla bilər.
Azərbaycanda bələdiyyələr tərəfindən elmi-tədqiqat institutları yaradıla bilər.

AzVision.az-ın məlumatına görə, bu yeni hazırlanan "Elm siyasəti haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, dövlət elmi-tədqiqat institutunun təsisçisi hökumətdir. Qeyri-dövlət elmi-tədqiqat institutunu bələdiyyələr, fiziki və ya hüquqi şəxslər (dövlət və özünüidarə orqanları istisna olmaqla) təsis edə bilər.

Dövlət elmi-tədqiqat institutunun əsas idarəetmə orqanı onun elmi şurasıdır. Qeyri-dövlət elmi-tədqiqat institutunun idarəedilməsi onların təsis sənədləri ilə müəyyən edilir.

Layihədə qeyd edilib ki, ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Tədqiqat universiteti" statusu verilə bilər.


Teqlər:





Xəbər lenti