YAP nümayəndə heyəti baş nazirlə görüşüb

YAP nümayəndə heyəti baş nazirlə görüşüb
  29 Aprel 2013    Oxunub:1122
YAP nümayəndə heyəti Kambocanın Baş naziri, Kamboca Xalq Partiyasının lideri Xun Sen ilə görüşüb.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin daxil olduğu nümayəndə heyəti Kamboca Xalq Partiyasının dəvəti ilə bu ölkədə səfərdədir.

Yeni Azərbaycan Partiyasından AzVision.az-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, YAP nümayəndə heyəti Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşüb.

Görüşdə YAP ilə KXP arasında əməkdaşlığın perspektivləri, İCAPP çərçivəsində fəaliyyətin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələr müzakirə edilib.

YAP nümayəndə heyəti eyni zamnda KXP-in igamətgahında olmuş, partiyanın baş katibi Say Çum və digər məsul şəxslər ilə görüşlər keçiriblər.

Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan cənab Sok An ilə görüşdə İCAPP çərçivəsində perspektiv planlar müazakirə olunub.
YAP nümayəndə heyətinin Kambocaya səfəri davam edir.


Teqlər:  





Xəbər lenti