Heydər Əliyev Mərkəzinin elan etdiyi müsabiqə başa çatıb

Heydər Əliyev Mərkəzinin elan etdiyi müsabiqə başa çatıb
  29 Aprel 2013    Oxunub:1300
Respublikanın müxtəlif bölgələrindəki hərbi hissələrdə xidmət edən əsgərlərdən 1000-dən artıq məktub daxil olub
Heydər Əliyev Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Mərkəzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəblərinin müəllimləri arasında elan etdiyi «Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm» adlı müsabiqəyə yazı qəbulu aprelin 25-də başa çatıb. Martın 25-dən başlayan müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən təqdimolunan məqalələrdə təhsil sistemində yeni yanaşma və metodlar, tədris materialları və üsullarına dair təkliflər öz əksini tapıb.

Jurnalistlər arasında elan olunan «Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti»,«Azərbaycan – beynəlxalq layihələrin təhlükəsiz ünvanı», «Azərbaycanın xarici siyasətinin prioritetləri» mövzularında yazı müsabiqəsi, gənclər arasında keçirilən “Azərbaycanımla fəxr edirəm” yazı müsabiqəsi, həmçinin əsgərlərarasında elan olunan “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” adlı əsgər məktubu müsabiqəsi isə aprelin 27-də başa çatıb.

Əsgərlər arasında keçirilən müsabiqə iştirakçısayına görə digərlərindən fərqlənib. Martın 27-dən başlayan bu müsabiqədə respublikanın müxtəlif bölgələrindəki hərbi hissələrdə xidmət edən əsgərlərdən 1000-dən artıq məktub daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi Azərbaycanxalqının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsindəjurnalistlər, gənclər, əcnəbi fotoqraflar, orta ümumtəhsil məktəblərinin müəllimləri, əsgərlər vərejissorlar arasında müsabiqə elan edib.

Əcnəbi fotoqraflar arasında elan olunan “Azərbaycan əcnəbilərin gözü ilə” foto müsabiqəsinə indiyə qədər Türkiyə, Rusiya, Polşa,Macarıstan, İsrail, Kanada, Kolumbiya, Latviya, Böyük Britaniya və digər ölkələrdənhəvəskar və peşəkar fotoqraflar qatılıblar. Əcnəbi fotoqraflar və rejissorlararasındakı müsabiqə aprelin 30-da başa çatır.

Müsabiqələrə təqdim olunan materialları münsiflər heyəti qiymətləndirəcək və nəticələr rəsmən açıqlanacaq.


Teqlər:  





Xəbər lenti