Araz Əzimov Türkiyəyə gedir

Araz Əzimov Türkiyəyə gedir
  29 Aprel 2013    Oxunub:1295
Sabah xarici işlər nazirinin müavini Araz Əzimov ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə Ankara şəhərinə səfər edəcək.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər müddətində nazir müavininin Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirə edilməsi, eləcə də müxtəlif beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.


Teqlər:  





Xəbər lenti