Kamran Əliyev Parisdə iclasda iştirak edib

Kamran Əliyev Parisdə iclasda iştirak edib
  29 Aprel 2013    Oxunub:1305
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Aprelin 26-27-də Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Paris Apellyasiya Məhkəməsinin Baş prokuroru Fransua Falettinin dəvəti ilə Fransanın Ədliyyə Sarayının inzibati binasında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilib.

Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin iştirak etdiyi iclasda İcraiyyə Komitəsinin əvvəlki iclasında müzakirə olunan bir sıra mövzulara münasibət bildirilib, Assosiasiyaya növbəti 3 il üçün prezidentin, İcraiyyə Komitəsinə yeni vitse-prezidentlərin və üzvlərinin seçilməsi müzakirə edilərək qeyd olunan məsələ ilə əlaqədar gizli səsvermə keçirilməklə namizədlərin siyahısı müəyyən edilib.

İclas zamanı qeyd olunan namizədlərin siyahısının qurumun cari ilin 8-12 sentyabr tarixlərində Moskva şəhərində “Prokuror və qanunun aliliyi” mövzusunda keçiriləcək 18-ci illik konfrans və ümumi yığıncağında təsdiq edilməsi tövsiyə edilib.

Bundan başqa, tədbir zamanı dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin milli prokurorluq orqanlarında fəaliyyətləri zamanı nailiyyətlər əldə etmiş prokurorların mükafatlarla təltif edilməsi məsələsinə baxılmaqla müvafiq qərarlar qəbul edilib, eyni zamanda Assosiasiyanın büdcəsi, qurumun növbəti illik konfrans və yığıncaqlarının keçirilməsi məsələləri müzakirə olunub.


AzVision.az



Teqlər:





Xəbər lenti