Dava düşdü, ruslar bizimkiləri möhkəm döydü

Dava düşdü, ruslar bizimkiləri möhkəm döydü
  29 Aprel 2013    Oxunub:1263
4 azərbaycanlı möhkəm döyülüb.
Rusiyanın Tver vilayətinin Kalinin prospektindəki “Morozov Holl” kompleksi yaxınlığında kütləvi dava olub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dava zamanı xəsarət alan 4 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilir.
Qeyd edək ki, dava ruslarla azərbaycanlılar arasında mübahisə zəminində baş verib. Belə ki, azərbaycanlı gənclərdən biri rus gəncin ayağını basıb və münaqişə düşüb. Tərəflərin bıçaq və odlu silahlardan da istifadə etdiyi bildirilir.

Davada iştirak edən 10 rus gəncin azərbaycanlıları möhkəm döydüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti