Korrupsiya cəzaları sərtləşdi

Korrupsiya cəzaları sərtləşdi
  30 Aprel 2013    Oxunub:1502
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında eyni epizod üzrə Cinayət Məcəlləsinə və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Llayihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə dəyişikliyə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Mövcud maddədə isə ictimai işlər üçün 230 saat nəzərdə tutulmuşdu.

"Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişikliyə əsasən, cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər.

Eyni zamanda cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir. Layihə səsə qoyularaq qəbul olunub.(apa)


Teqlər:  





Xəbər lenti