`Fosfor adam`lar - Kimdir onlar? (FOTOLAR)

`Fosfor adam`lar - Kimdir onlar? (FOTOLAR)
  04 Oktyabr 2014    Oxunub:42603
Qarşınıza saçları və üz cizgiləri ağbəniz olan insanlar çıxsa təəccüblənməyin. Onları el arasında “Fosfor adam” kimi tanıyırlar. Bu şəxslərin xəstəlikləri elmdə albinizm adlanır. Alimlərin araşdırmasına görə, Avropada hər 20 min nəfərdən biri, dünyada isə hər 17 min insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos isə Nigeriyada yaşayır. Nigeriyada hər 3 min adamdan biri albinosdur.

Albinizm xəstəliyi irsi xarakter daşıyır və müalicəsi yoxdur. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.

Albinoslar özlərini günəş şüalarından çox diqqətlə qorumalıdırlar, çünki onlarda dəri xərçənginə tutulmaq riski çox yüksəkdir. Onlar xüsusi qoruyucu eynək taxmalı və bütün bədəni örtən paltar geyinməlidirlər. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir.

Azərbaycanda albinizm xəstələri...

Müşahidələr onu göstərir ki, ölkəmizdə bu cür xəstələr heç də az deyil. Dövlət Statistika Komitəsindən bununla bağlı məlumat almaq istədik. Komitədən bildirildi ki, onlarda bununla bağlı hər hansı bir statistika aparılmır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, orada da bu xəstəlikdən əziyyət çəkənlərlə bağlı hər hansı bir məlumat yoxdu. Qeyd olundu ki, bununla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamalıyıq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında qeyd edib ki, albinizm xəstəsinin görmə qabiliyyəti azalıbsa, onlara əlillik verilir və sintomatik müalicə aparılır. Səhiyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, bu xəstəliyin müalicəsi yoxdur:

“Albinizm xəstəliyindən əziyyət çəkənlərin Səhiyyə Nazirliyində statistikası yoxdur. Onlar xüsusi qeydiyyatda olmurlar. Bu xəstəliyin müalicəsi olmadığı üçün onların qeydiyyatı aparılmır”-deyə A.Qədirli vurğulayıb.

Dünya əhalisinin 1 faizi albinosdur



Ümumiyyətlə internetdə bu insanlar haqqında məlumat o qədər də çox deyil. Statistikaya görə, dünya əhalisinin təqribən 1 faizi albinosdur. Həmçinin hər 20 min avropalıdan biri albinizm xəstəliyindən əziyyət çəkir. Albinoslar tarixən bütün dünyada ayrı-seçkiliyə məruz qalıblar. Bəzi Afrika ölkələrində cadugərlər albinosları öldürüb onların bədən üzvlərini kəsərək uğurgətirici amulet kimi satırlar. Hər il onlarla albinos öldürülür. Xüsusilə, Tanzaniyada cadugərlərin, albinosların saç, qol, ayaq və qan kimi bədənlərindən alınan parçaları, insanları zəngin edəcəyi qarşıya qoyulan bir iksir istehsalında istifadə etdikləri deyilir.

Bu baxımdan bir çox ölkələrdə albinoslar hüquqlarını müdafiə etmək üçün öz təşkilatlarını yaradıblar. Belə xəstəlik daşıyıcıları ilə bir çox ölkədə hələ sağ ikən müqavilə bağlanılır, onlara pul ödənilir. Onlar dünyasını dəyişdikdən sonra isə sümüklərindən texniki məsələlər üçün istifadə edirlər.

Bidzina İvanaşvilinin albinos oğulları



Dünyada ən böyük albinos ailəsi Hindistanda yaşayır. Onlar sayı 10 nəfərdi. Bundan əvvəlki rekord, ABŞ və Kanadada yaşayan 6 üzvlü iki ailəyə aid olub. Siyasətə gözlənilməz gəlişi ilə diqqətləri üzərinə çəkməyi bacaran Gürcüstanın keçmiş baş naziri, “Gürcü arzusu” koalisiyasının lideri olmuş, nəhayət milyarder Bidzina İvanaşvilinin də ailəsində albinoslar var. Belə ki, eks-baş nazirin 18 yaşlı Bera və 7 yaşlı Çotne adlı oğlu albinizm xəstəliyindən əziyyət çəkir. Bera Gürcüstanda tanınmış reperdir.







Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti