2012-ci ildə 4 nəfər Azərbaycanı tərk edib

2012-ci ildə 4 nəfər Azərbaycanı tərk edib
  30 Aprel 2013    Oxunub:1215
İl ərzində siyasi motivlərə söykənən itkin düşmə hallarının baş verməsi barədə məlumat verilməyib.
ABŞ Dövlət Departamenti dünyanın 200 ölkəsini, həmçinin Azərbaycanı, əhatə edən İnsan Hüquqları üzrə 2012-ci il üçün ölkə hesabatlarını açıqlayıb. ABŞ Səfirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycandan itkin düşən şəxslərlə bağlı hesabat da öz əksini tapıb.

Hesabatda bildirilir ki, il ərzində siyasi motivlərə söykənən itkin düşmə hallarının baş verməsi barədə məlumat verilməyib.

“Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının verdiyi məlumata əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4,031 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxslər siyahısına daxil edilib. Komitənin verdiyi digər məlumata əsasən üç nəfər Ermənistan hərbçisi və bir nəfər mülki şəxs Azərbaycan ərazisini tərk edib. BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) yerli nümayəndəliyi qeyd olunan üç nəfər hərbçini üçüncü ölkəyə yola salmışdır və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) isə mülki şəxslərin Ermənistana qayıtmasını təmin etmişdir. Dövlət Komitəsi eyni zamanda BQXK-in vasitəçiliyi ilə bir nəfər Azərbaycan əsgərinin geri
qaytarıldığı barədə məlumat verib.

BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin işinin araşdırılmasını davam etdirib və hökumətlə birlikdə itkin düşmüş şəxslərin vahid siyahısının hazırlanması üzərində çalışıb. İlin sonunda qohumları tərəfindən BQXK-nə
axtarış üçün edilmiş müraciətlərə əsasən Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4627 nəfərin taleyi naməlum olaraq qalmışdır və BQXK-in Azərbaycandakı nümayəndəliyi tərəfindən
Dağlıq Qarabağ da daxil olmaqla 4220 hal nəzərdən keçirilir.

BQXK hərbi və mülki əsirlərə kömək göstərilməsini davam etdirmişdir və il ərzində onların beynəlxalq humanitar hüquq əsasında müdafiə olunmalarını təmin etmək məqsədilə
hər ay onlara baş çəkib. BQXK hərbi və mülki əsirlər və onların ailələri arasında Qırmızı Xaç vasitəsilə müntəzəm məlumat mübadiləsini təmin edib və onlara əlaqəni bərpa etməyə və bir-birlərindən xəbər tutmağa yardım göstəribr. Hökumətin verdiyi məlumata əsasən BQXK bir nəfər mülki əsirin vətənə qaytarılmasına kömək edib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti