İlham Əliyev yunanlıları qəbul edib

İlham Əliyev yunanlıları qəbul edib
  30 Aprel 2013    Oxunub:1155
Prezident İlham Əliyev bu gün Yunanıstanın xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində inkişaf etdirilməsi, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

İlham Əliyev bu gün həmçinin Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib.

İqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirdi.

O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğuladı.

Son illər dövlət vəsaiti hesabına ölkəmizin müxtəlif regionlarında müasir hava limanlarının inşa olunduğunu və yeni təyyarələrin alındığını qeyd edən dövlətimizin başçısı ölkənin biznes, turizm imkanlarının artırılmasında aviasiya nəqliyyatının önəmini vurğulayıb.

Görüşdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti