1465 nəfər Azərbaycan vətəndaşı olmaq istəyib

1465 nəfər Azərbaycan vətəndaşı olmaq istəyib
  01 May 2013    Oxunub:1316
“Azərbaycan hökumətinin qaçqın kimi tanınmayan şəxslərə müvəqqəti müdafiə təmin etmək üçün hüquqi mexanizmi yoxdur”.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İnsan Hüquqları üzrə 2012-ci il üçün ölkə hesabatlarında öz əksini tapıb.

Hesabatın sığınacaqlarla təminat bölməsində bildirilir ki, sığınacaq və ya qaçqın statusunun verilməsi qanunla müəyyən olunur və hökumət, bəzi qaçqınların müdafiəsinin təşkil olunması üçün Dövlət Miqrasiya Komitəsinin Qaçqın Statusunun Müəyyənləşdirilməsi Şöbəsi tərəfindən həyata keçirilən sistemi müəyyən edib. BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən Azərbaycanda 1465 nəfər (sığınacaq axtaranlar, UNHCR-ın səlahiyyəti çərçivəsində olan şəxslər və UNHCR-ın mandatına uyğun qaçqın kimi tanınmış şəxslər) qeydə alınıb və onlara BMT-in Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) müdafiə məktubları təqdim edilib, 27 nəfərin sığınacaq barədə müraciəti baxılma mərhələsində olub. Əvvəlki illərdə olduğu kimi, qaçqınlar arasında çoxluq təşkil edən üç ən böyük fəal əhali çeçenlər, əfqanlar və iranlılar olublar.

Müvəqqəti müdafiə bölməsində qeyd olunub ki, Azərbaycan hökumətinin qaçqın kimi tanınmayan şəxslərə müvəqqəti müdafiə təmin etmək üçün hüquqi mexanizmi yoxdur.

“Hökumət, qaçqın hesab etdiyi şəxslərə UNHCR tərəfindən verilmiş müdafiə məktublarını qəbul edib. Nəticədə UNHCR ölkədə onun səlahiyyəti çərçivəsində olan əhali qrupları üçün bütün müdafiə və yardım fəaliyyətini göstərməkdə davam etıb. Çeçen, əfqan və iranlıların UNHCR tərəfindən onun səlahiyyəti çərçivəsində olan şəxslər kimi qeydə alınmasına baxmayaraq, Azərbaycan Respublikasının yaşayış, qeydiyyat, qaçqın və məcburi köçkünlərin statusu haqqında qanunları polis tərəfindən qeydiyyata alınması tələb olunan və yaşamağa icazəsi olmayan
bu şəxslərə şamil edilmir. Nə Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınmış, nə də ki, UNHCR-ın məktubu əsasında müdafiə olunan qaçqınlara qanuni yolla işləməyə icazə verilməyib.

Vətəndaşlığı olmayan şəxslər

Vətəndaşlıq ölkə ərazisində doğulmaqla və ya valideynlərin vətəndaşlığı əsasında müəyyənləşdirilir. Vətəndaşlığı olmayan statusun alınması üçün müraciət etmək hüququ qanunla nəzərdə tutulur. Buna baxmayaraq bəzi şəxslər müraciət etmək üçün tələb olunan sənədləri əldə edə bilməyib və bu səbəbdən də rəsmi qaydada qeydə alınmayıb. Vətəndaşlıq haqqında qanuna əsasən xaricilər və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq alması çətindir.

Dövlət Miqrasiya Xidmətinin açıqladığı statistik məlumatlara əsasən ilin sonunda ölkədə 1776 nəfər vətəndaşlığı olmayan şəxs olub, buna baxmayaraq UNHCR tərəfindən 177 nəfər qeydə alınıb. Vətəndaşlığı olmayan şəxslərin böyük əksəriyyəti Gürcüstan və İrandan olan etnik azərbaycanlılar olub. QHT-lərin məlumatlarına əsasən çoxlu sayda digər vətəndaşlığı olmayan şəxslər də olub və bu rəqəmlərin yüz və on minlərlə olduğu bildirilib

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti