Məmmədyarovun Asiya səfəri başlayır

Məmmədyarovun Asiya səfəri başlayır
  01 May 2013    Oxunub:1211
Məmmədyarovun Hindistan səfəri mayın 2-5-də ,Şri-Lanka səfəri isə iyunun 5-8-də gerçəkləşəcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistan və Şri-Lankaya rəsmi səfər edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Məmmədyarov mayın 2-5-də Hindistana, iyunun 5-8-də isə Şri-Lankaya səfər edəcək.

Səfər çərçivəsində Məmmədyarov hər iki ölkə rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlər zamanı bir sıra sahələrdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlərin geniş spektri müzakirə ediləcək.


Teqlər:  





Xəbər lenti