Baş Prokurorluq təkzib etdi

Baş Prokurorluq təkzib etdi
  01 May 2013    Oxunub:1109
“Bu barədə məlumatlar həqiqətə uyğun deyil”.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Bununla da qurum bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edir.

Xatırladaq ki, bu gün mətbuatda deputat Etibar Hüseynovun köməkçisi İlqar adlı şəxsin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti