ASAN-da açılış olacaq

ASAN-da açılış olacaq
  17 Oktyabr 2014    Oxunub:1874
20 oktyabr 2014-cü il tarixində saat 14:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində pilot olaraq yaradılmış Uşaq Hüquqi Yardım otağının açılış mərasimi keçiriləcək.

Otaq uşaq hüquqi yardım xidmətlərinin “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilməsi məqsədi ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü ilə təşkil olunub.

Uşaq Hüquqi Yardım otaqlarının yaxın müddətdə bütün “ASAN xidmət” mərkəzlərində təşkil olunması nəzərdə tutulub.

Bu təşəbbüs çərçivəsində mərkəzlərin hər birinə ixtisaslaşmış uşaq hüquqları mütəxəssisi cəlb olunacaqdır. Layihə Avropa Komissiyası tərəfindən dəstəklənir.


Teqlər:  





Xəbər lenti