Şabranda biabırçılıq: evli kişi qonşu gəlini qaçırdı

Şabranda biabırçılıq: evli kişi qonşu gəlini qaçırdı
  18 Oktyabr 2014    Oxunub:4953
Şabranda görünməmiş hadisə baş verib. 21 yaşlı gəlin ailəli kişiyə qoşularaq qaçıb. "Xəzər Xəbər"in bölgə müxbirinin verdiyi məlumata görə, biabırçı hadisə Uzunboyad kəndində qeydə alınıb. Bu kənddə yaşayan, əslən Sumqayıtın Corat qəsəbəsindən olan İlham Atayev qonşuluqda yaşayan Rəşad Məmmədovun 21 yaşlı həyat yoldaşı Gülər Məmmədovanı qaçırıb.

Kənd sakinləri bu biabırçı hadisədən şoka düşdüklərini bildiriblər. Uzunboyad kənd sakinlərinin sözlərinə görə, evli olan, bir-birinə qoşulub qaçan İlham Atayevlə Gülər Məmmədova əslən bu kənddən deyillər. Sumqayıt sakini İlham Atayev bir müddət əvvəl, bu kənddən evlənib. Siyəzəndən olan Gülər isə Uzunboyad kəndinə - Məmmədovlar ailəsinə gəlin köçüb.

Siyəzən polis şöbəsi faktı təsdiqləyib. Polis şöbəsindən verilən məlumata görə,Şabranın Uzunboyad kənd sakini olan Rəşad Məmmədovun həyat yoldaşı Gülərin atası Siyəzən şəhər sakini Şərifxan Hacıyev qızının itkin düşməsi ilə bağlı 102 xidmətinə və polis şöbəsinə müraciət edib. Hazırda bu işin araşdırılmasına başlanılıb. Yaxın günlərdə təhqiqat qrupu məsələni araşdırmaq üçün həmin kəndə gedəcək. Hələlik hadisənin baş verməsi ilə bağlı təfərrüatlar bəlli deyil. Bu, araşdırmalardan sonra bəlli olacaq. Məlumat üçün bildirək ki, qoşulub qaçan cütlüyün hərəsinin 2 uşağı var. İlham Atayevin qaçırdığı xanımdan təxminən 10-15 yaş böyük olduğu bildirilir.


Teqlər:





Xəbər lenti