Məcburi köçkündə heroin ve tapança aşkarlanıb - Foto

Məcburi köçkündə heroin ve tapança aşkarlanıb - Foto
  19 Oktyabr 2014    Oxunub:1874
Məcburi köçkün narkotik maddələrin satışı ilə məşğul olub.
AzVision.az xəbər verir ki, Ağdam rayonunda rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin saxlanması və satışı ilə məşğul olan məcburi köçkün saxlanılıb.

Polis şöbəsinin müstəntiqi Şamil Nəcəfovun verdiyi məlumata görə, rayonun Əhmədavar kəndindən məcburi köçkün düşən, hazırda Baharlı 2 qəsəbəsində yaşayan Nazim Zeynalovun evinə baxış keçirən zaman onun yataq otağından 5,44 qram həşiş qətranı, o cümlədən evinin həyətindən narkotik maddə olan heroin aşkar edilib.

Polis Nazim Zeynalovun avtomobilinə baxış keçirən zaman idman tapançası da aşkar edib. Yerli polis şöbəsində Cinayət Məcəlləsinin 234.1maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti