Gəncədəki intihar barədə rəsmi məlumat

Gəncədəki  intihar barədə rəsmi məlumat
  01 May 2013    Oxunub:1590
Bu gün Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Məmmədov saat 15.00 radələrində intihar edib.
Gəncə şəhər prokurorluğu və Baş polis idarəsi bu gün şəhərdə baş vermiş intihar hadisəsi barədə məlumat yayıblar.

AzVision.az xəbər verir ki, apa-ya daxil olan məlumatda deyilir:

“Mayın 1-də saat 14.00 radələrində Gəncə şəhər sakini Kamran Məmmədovun yaşadığı evin qarşısındakı yardımçı tikilidə qumbara partlatmaqla intihar etməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşlarından ibarət hadisə yerinə çıxmış istintaq-əməliyyat qrupu oradan partlamış qumbaranın müxtəlif hissələrini və 22 ədəd avtomat patronu aşkar edərək götürüb. Zərərçəkənin meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilib.

Fakt üzrə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Bu gün Gəncədə dəhşətli intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Məmmədov saat 15.00 radələrində intihar edib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirən zaman məlum olub ki, K. Məmmədov özünü əl qumbarası partladıb.

Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti