Prezident sadə insanlarla görüşdü - FOTOLAR

Prezident sadə insanlarla görüşdü - FOTOLAR
  02 May 2013    Oxunub:1778
Prezident İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.
Yolun ümumi uzunluğu 23 kilometrdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən vacib əhəmiyyət kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına 2011-ci ildə 2 milyon, ötən il isə 5,3 milyon manat vəsait ayrılıb. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə imkan yaradır.

Prezident İlham Əliyev burada sakinlərlə görüşüb, yeni yolun açılışı münasibətilə onları təbrik edib, onların həyat şəraiti ilə maraqlanıb.
Azərbaycan Prezidenti yeni yolda avtomobili özü idarə edib.

Qalereya




Teqlər:  





Xəbər lenti