Birinci xanımların modelyeri öldü
Amerikanın moda ikonası olan de la Renta Jaklin Kennedi, Laura Buş başda olmaqla bir çox birinci xanımı geyindirib.
Məşhur modelyer son olaraq aktyor Corc Kluninin yeni evləndiyi vəkil sevgilisi Amal Alamuddinin gəlinliyi ilə gündəmə gəlmişdi. De la Renta Hollivud ulduzlarının qırmızı xalı üçün müraciət etdikləri modelyerlər arasında olub.
1932-ci ildə doğulan modelyer ABŞ-dan öncə İspaniya və Fransada yaşayıb. O, Amerika moda sənayesinin inşikafında misilsiz xidmətləri olanlardan biridir.(Ans)
Teqlər: