ATƏT-in Bakı ofisi seçki tədbirləri hazırlayır

ATƏT-in Bakı ofisi seçki tədbirləri hazırlayır
  02 May 2013    Oxunub:1191
“Mətbuat azadlığı günü mətbuatın ölkələrə necə yaxşılıq etdiyini bizlərə bir daha çatdırır”
Bu gün Beynəlxaq Mətbuat Mərkəzində KIVDF, Milli Teleradio Şurası və Azərbaycan Mətbuat Şurası tərəfindən “Ümumdünya Mətbuat Azadlığı Günü”nə həsr olunmuş seminar çərçivəsində “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda tədbir keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay media azadlığından danışıb. O, bildirib ki, media azadlığı dövlətin çiçəklənməsinin gələcəyinə çox kömək olur. “Mediaya basqı olduğu zaman bu heçdə yaxşı nəticələr vermir. Mətbuat azadlığı günü mətbuatın ölkələrə necə yaxşılıq etdiyini bizlərə bir daha çatdırır”.

Koray Tarqay jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in Bakı Ofisi qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar tədbirlər paketi hazırlayıb. O rəhbərlik etdiyi ofisin 3 dəyirmi masa, 4 treninq və bir sıra kiçik həcmli tədbirlər keçirəcəyini bildirib.

ATƏT-in Bakı Ofisinin statusuna dair Azərbaycanla aparılan məsləhətləşmələrə münasibət bildirən səfir qeyd edib ki, ofis yekun qərar qəbul olunana kimi fəaliyyətini hazırkı mandatı çərçivəsində davam etdirəcək: “Hələlik mandatın azaldılması dedikdə nəyin nəzərdə tutulduğu məlum deyil. Bu, müzakirələr başa çatdıqdan sonra məlum olacaq. Azərbaycan hökumətinin bəzi tələbləri var, eybi zamanda ATƏT üzvü olan ölkələrin bu məsələyə öz baxışı var”.

Koray Tarqay bildirib ki, ATƏT-in Bakı Ofisi ilə bağlı vəziyyət ATƏT-in Gürcüstan və Ukraynadakı ofislərinin mandatındakı dəyişikliklərdən fərqlənir.

Qeyd edək ki, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, bir çox dövlət qurumlarının mətbuat xidmətləri və millət vəkilləri iştirak edir.

Anar


Teqlər:  





Xəbər lenti