Prezident xəstəxana tikintisinə 1 milyon manat ayırdı

Prezident xəstəxana tikintisinə 1 milyon manat ayırdı
  02 May 2013    Oxunub:1646
Azərbaycan prezidenti İlham Əliyev Qobustan Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti