Daha bir siyasi blok yaradıldı

Daha bir siyasi blok yaradıldı
  03 May 2013    Oxunub:1206
“Vətən” seçki bloku deyil.
Bu gün Ədalət Partiyası ilə Azərbaycan Yaşıllar Partiyasının yeni siyasi blok yaratmaq haqqında apardıqları müzakirələr müsbət nəticə verib və “Vətən” siyasi bloku yaradılıb. AzVision.az xəbər verir ki, siyasi blokun məqsədi Azərbaycan xalqının təhlükəsizliyi, maddi və mənəvi rifahı, hüquqi dövlət qurmağa yardım etməkdir. “Vətən” seçki bloku deyil, lakin bütün seçkilərdə aktiv iştirak etməyi nəzərdə tutur. Bu barədə Yaşıllar Partiyasının sədri Mais Güləliyev məlumat verib.

Onun sözlərinə görə, “Vətən” siyasi bloku bəyan edir ki, konstitusiyanın tələbləri çərçivəsində hakimiyyətə gəlmək onun məqsədi deyil, sadəcə mövcud problemlərin həllində imkan və vasitədir.

Blok leqal şəkildə fəaliyyət göstərərək hər cür zorakılığa və terrorizmə qarşı mübarizə aparacağını bildirir.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti