“Mən bu dəyişikliyin tərəfdarıyam”

“Mən bu dəyişikliyin tərəfdarıyam”
  03 May 2013    Oxunub:1296
Milli Məclisin vitse-spikeri Bahar Muradova Milli Məclisdə Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət müəyyən edən 147 və 148-ci maddələrinə gözlənilən dəyişikliyə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, Bahar Muradova bildirib ki, mövcud durumu nəzərə alaraq hüquq-mühafizə orqanlarının irəli sürdüyü təklifi ciddi şəkildə əsaslandırılmasının və ictimaiyyətə bu barədə məlumat verilməsinin tərəfdarıyam:

“Bu gün internet media daha geniş yayılıb, nəinki yazılı mətbuat orqanları. İnsanlar daha çox fikirlərini, mövqelərini, eləcə də böhtan atanlar məhz bu şəbəkədə fikirlərini yaymağa üstünlük verirlər. Məsuliyyətszilik mühiti hökm sürür. Mənim qarşımda klaviatura varsa, istənilən anda böhtan ata bilərəm. Buna görə isə məsuliyyət daşımıram. Həmin şəxslər CM-dəki müddəanı bildiklərindən özlərini azad hesab edirlər. Məın özlüyümdə gələcəkdə cəmiyyətin, mətbuatın buna hazır olduğu müddətdə diffamasiya haqqında qanun qəbul olunmasının tərəfdarıyam. Çox istəyirəm ki, biz daha tez buna hazır olaaq. Amma bu gün hazırlıq yoxdursa və cəzasızlıq mühiti hökm sürürsə daha geniş anlamda ağır nəticələr sürən hallara gətirib çıxarırsa ən azı xəbərdarlıqedici müddəanın olmasının tərfdarıyam. Onun mövcudluğu bir çoxlarını bu işdən çəkindirə bilər. Mən bunun qəbul olunmasının tərəfdarıyam”.

Anar


Teqlər:  





Xəbər lenti