Təhsil naziri: “Bu gün çox əlamətdar bir gündür”

Təhsil naziri: “Bu gün çox əlamətdar bir gündür”
  04 May 2013    Oxunub:1569
“Bu il Heydər Əliyevin 90 illiyinə həsr olunmuş inşa müsabiqəsində 85 şagirdin mükafatlandırılması qərara alınıb”
Azision.az xəbər verir ki, bu sözləri “Heydər Əliyev 90” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində təhsil naziri Mİkayıl Cabbarov deyib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün çox əlamətdar bir gündür. “Heydər Əliyevin 90 illiyinə həsr olunmuş məktəblələrin inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibətilə tədbir keçrilir. Bu artıq 7-ci dəfədir Təhsil Nazirliyi tərəfindən keçirilir. Bu il Heydər Əliyevin 90 illiyinə həsr olunmuş inşa müsabiqəsində 85 şagirdin mükafatlandırılması qərara alınıb. Bunlardan 8 şagird birinci, 7 şagird 2-ci, 16 şagird 3-cü yerə layiq görülüb. 54 şagird isə həvəsləndirici mükafat alıblar. Bu tədbirin təşkilində Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqı Konfederasiyası, Rabitə və İinformasiya Texnologiyaları Nazirliyinə təşəkkür edirəm.

Anar


Teqlər:  





Xəbər lenti