HİK sədri: “Fonddan tələbələrə təqaüd verir”

HİK sədri: “Fonddan tələbələrə  təqaüd verir”
  04 May 2013    Oxunub:1438
Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilatçılığı ilə “Heydər Əliyev 90” inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyev tədbirdə çıxış edib. O bildirib ki, ulu öndər hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb.

“Azərbaycan dövlətinin inkişafı gənclərlə bağlıdır. “Heydər Əliyev şagirdlərin gözü” ilə inşa müsabiqəsinin keçirilməsi bir daha Azərbaycan gənclərinin Heydər Əliyevə diqqətinin artmasının bariz nümunəsidir. Və bununla şagirdlər istedadlarını ortaya qoyur. Bu istedadlı şagirdlərin ortaya çıxarılmasına çalışmalıyıq ki, onlar biliklərini davam etdirsin. HIK 1400-dən artıq universitet tələbələrinə adlı təqaüd verir. 8-9-cu siniflərdən 20 sinifdən əlaçı şagirdlərə biz 50 manat veririk. Bu inşa müsabiqəsində qalib olan birinci, ikinci, üçüncü yerlərə 100 manat, həvəsləndirici 50 manat HİK Fondundan yardımlar göstəriləcək”.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə inşa müsabiqəsinin və Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, xaricdə təhsil alan tələbələrin xüsusilə İKT sahəsində təhsil alanlara yardım edilir, onların təhsil haqları ödənilir
“Bunların hamısı ona görə edilir ki onlar orada yaxşı təhsil alıb ölkəyə qayıdanda həmin sahələr üzrə inkişafda yardımçı olsunlar”.

Nazir müavini bildirib ki, inşa müsabiqəsində qalib gələn şagirdlərə nazirliyin də hədiyyələri var. “Bizim hədiyyələrimiz komputerlərdir, bununla onlar daha yaxşı hazırlaşsınlar. Yaxşı kadr ola bilsinlər, ali məktəblərə hazırlaşsınlar”

Daha sonra isə qaliblərin mükafatlandırılma mərasimi olub

Anar


Teqlər:  





Xəbər lenti