“Dərslikləri Təhsil Nazirliyi hazırlamır”

“Dərslikləri Təhsil Nazirliyi hazırlamır”
  04 May 2013    Oxunub:1529
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, dərslikləri Təhsil Nazirliyi hazırlayır. Amma həqiqətdə bu belə deyil. Hər bir dərsliyin öz müəllifləri var və həmin kitab onların zehni əməyinin məhsuludur.
AzVision.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov bu sözləri ümumtəhsil məktəblərində mövcud olan bəzi problemlərə toxunarkən bildirib.

M. Cabbarov xüsusən də dərslik məsələsinə toxunub:

“Dərsliklərin məzmunu isə ictimai əsaslarla fəaliyyət göstərən qiymətləndirmə şurası dəyərləndirir. Təbii ki, hamıdan çox məktəblərdə təhsilin keyfiyyəti dəsrliklər üzrə təşkil edilməsində biz maraqlıyıq. Obyektiv səbəblərə görə, bu müəyyən vaxt tələb edən məsələlərdir. Biz bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər görəcəyik”.

Anar


Teqlər:  





Xəbər lenti