Misir Mərdanov: "Yeni nazirə kömək etməliyik"

Misir Mərdanov: "Yeni nazirə kömək etməliyik"
  06 May 2013    Oxunub:1231
"Əminəm ki, yeni təhsil naziri Mikayıl Cabbarov cənab Prezidentin etimadını doğruldacaq".
Bunu jurnalistlərə sabiq təhsil naziri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov deyib.

Mərdanov bildirib ki, hər kəs yeni təhsil nazirinə kömək etməlidir:

"Yeni naziri təbrik edirəm. Hər birimiz ona kömək etməliyik. Çünki təhsil bir idarənin, müəssisənin işi deyil, milli məsələdir".

Mərdanov həmçinin deyib ki, bundan sonra da ictimai-siyasi fəaliyyətlə fəal məşğul olacaq.

"Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm. Bunda sonra da bütün tədbirlərdə fəal iştirak etmək fikrindəyəm".

Cənab Prezidentin məlum sərəncamlarını yüksək qiymətləndirən Mərdanov deyib ki, bundan sonra yeni vəzifəsində də Prezidentin etimadını doğrultmağa çalışacaq:

"Mən 5 il ulu öndərin, 10 il isə cənab Prezidentin rəhbərliyi altında təhsil naziri vəzifəsində çalışmışam. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. 67 yaşlı bir professorun bir vəzifədən digər məsul vəzifəyə keçirilməsini yüksək qarşıladım. Bunu özümə həmişəki kimi cənab Prezidentin diqqəti və qayğısı kimi qiymətləndirdim".(trend)


Teqlər:





Xəbər lenti