İranda saxlanılan vətəndaşlarımız buraxıldı

İranda saxlanılan vətəndaşlarımız buraxıldı
  07 May 2013    Oxunub:1246
İranda saxlanılan iki Azərbaycan vətəndaşı azad edilib.
Onlar ölkəmizin Təbrizdəki konsulluğuna təhvil verilib. İran mətbuatının yaydığı məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan tərəfi İranın təhsil nazirinin Bakıya səfəri zamanı və həmçinin İran XİN-nin Asiya və Okean üzrə nümayəndəsi ilə görüşlərində iki Azərbaycan vətəndaşlarının azad olunmasını xahiş ediblər. Bu məsələ İranın müvafiq orqanlarına çatdırılıb və iki ölkənin dostluq əlaqələri nəzərə alınaraq saxlanılanlar azadlığa buraxılıblar.

Xatırladaq ki, İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu bu qurumun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.



Teqlər:  





Xəbər lenti