"Mən yaşamaq istəyirəm" - VİDEO

"Mən yaşamaq istəyirəm" - VİDEO
  07 May 2013    Oxunub:1565
Ağır qan xəstəliyinə düçar olmuş 3 yaşlı Fatiməyə sağlam ömür bəxş etmək sizin əlinizdədir...
4 aylığından indiyədək hər 15 gündən bir onun bədəninə qan köçürülür. Fatimə Betta Talassemiyanın orta-ağır formasına düçardır. Fatimənin anası Ayfər Əmiraslanova danışır ki, Fatiməyə lazım olan donor çətinliklə tapılır.

“Qızım 2 yaş 9 aylığındadır. Betta Talassemiyanın orta-ağır formasından əziyyət çəkir. Bu xəstəlik irsidir. Fatimə hardasa 4 aylıq olanda hemoqlabinin 50 fazidən xeyli aşağı düşdü, istiliyi 39 dərəcəyədək qalxdı. Bu səbəbdən bütün genetik qan analizləri verdik. Gəncədəki həkimlər məsləhət bildilər ki, hemotologiya İnstitutunda da analiz verək. Və analizlərin nəticəsində məlum oldu ki, ağır talassemiya xəstəsidir”.

Ayfər xanım deyir ki, elə o gündən Fatiməni Bakıdakı Talasemiya Mərkəzində qeyiyyata salıblar.

“Türkiyə, İtaliyada müalicə məsləhət görüldü. Donor axtarışına başlanıldı və mart ayından bizə deyildi ki, Dünya İlik Bankından 5 donor namizəd var və qızım əməliyyat edilə bilər”.

Fatimənin ilik əməliyatı üçün 150 min manat vəsait lazımdır. Orta dolanışığı olan ailə bu qədər vəsaiti tək başına toplaya bilmir. Anası xahiş edir ki, imkanı olan insanlar Fatimənin yaşamasına yardım etsinlər.

“Xahiş edirəm vəsaitin toplanmasına yardım edin mənim balam sağalsın. Bilirəm xəstə uşaq çoxdur. Ümid edirəm, bizə kömək ediləcək, pul toplanacaq.

İnşallah, Fatimə sağalsın, həkim olsun. Özü də deyir ki, həkim olacam. Qızım özü xəstə uşaqları təmənasız sağaldacaq”.





Teqlər:





Xəbər lenti