Deputat Gənclər evlərindən danışdı

Deputat Gənclər evlərindən danışdı
  07 May 2013    Oxunub:1355
“Həmin yerlərdə internetdən pulsuz istifadə mümkündür”.
“Gənclər evləri ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclər üçün gözəl imkandır”. Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Osmanlı respublikamızda tikilən Gənclər evlərinin fəaliyyəti ilə bağlı münasibətində deyib. Deputat bildirib ki, hər bir gəncin asudə vaxtının təşkili, həmin gəncin prioriteti ilə bağlıdır ki, o gənc ümumiyyətlə vaxtını necə bölür.

“Biz arzu edirik ki, gənclərimiz öz vaxtlarını peşəkar şəkildə bölməyə diqqətlə fikir versinlər. Əlbəttdəki hər bir gəncin inkişafı üçün önəmli məsələ təhsildir. İkinci isə idman və insanın sağlamlığı ilə bağlı olan digər məsələlərdir. Amma eyni zamanda bilirik ki, gənclərimizin bir qismi gənclər təşkilatlarının fəaliyyətlərində iştirak etməyi və ictimai fəaliyyətə gəlməyi arzu edirlər. Məhz gənclər evləri ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclər üçün gözəl imkandır”.

C.Osmanlının sözlərinə görə, həmin mərkəzlərdə pulsuz konfrans zalları fəaliyyət göstərir.

“Həmin yerlərdə internetdən pulsuz istifadə mümkündür. Eyni zamanda dərnəklərdə, ayrı-ayrı işçi qruplarında müzakirələrin aparılması üçün imkanlar və kitabxanalar mövcuddur. Çalışırıq ki, bu mərkəzlərin qapısı hər zaman gənclər üçün açıq olsun”-deyə deputat vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti