Prezident kraliçanı qəbul etdi

Prezident kraliçanı qəbul etdi
  07 May 2013    Oxunub:1076
Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Rumıniyanın keçmiş Prezidenti Emil Konstantineskunu qəbul edib.
Görüşdə Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycanla Rumıniya arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub.

Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev İordaniya Kraliçası Ülyahəzrət Nuru qəbul edib.

Görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycan və İordaniya xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub.



Teqlər:  





Xəbər lenti