İran notamıza rəsmi cavab verdi

İran notamıza rəsmi cavab verdi
  07 May 2013    Oxunub:1283
Tehran iki Azərbaycan vətəndaşının “qanunsuz fəaliyyətə cəhdlə əlaqədar” həbs olunduğunu açıqlayıb
İran tərəfi Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynovun bu ölkədə həbs olunması ilə əlaqədar Azərbaycan tərəfinin notasına cavab verib.

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.

O bildirib ki, İran tərəfi X. Xalid və Ş. Hüseynovun “qanunsuz fəaliyyətə cəhdlə əlaqədar” həbs olunduğunu açıqlayıb.

Notada qanunsuz fəaliyyət olaraq nələrin nəzərdə tutulduğu qeyd olunmayıb.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da İranda həbs ediliblər.

Mayın 4-də İranın İSNA xəbər agentliyi bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən həbs edilən Azərbaycan vətəndaşlarının qeyri-qanuni işlər görməkdə və əlaqələr qurmaqda təqsirləndirildiyi haqda xəbər yayıb:

“Bu şəxslərə qarşı irəli sürülən ittihamlar hazırda İran Məhkəmə Sistemi tərəfindən araşdırılır”.

Azərbaycan tərəfi faktla əlaqədar İrana iki dəfə - mayın 1-də və 6-da nota verib. (apa)


Teqlər:





Xəbər lenti