Baş konsulluğumuzun yeni binası açılıb

Baş konsulluğumuzun yeni binası açılıb
  08 May 2013    Oxunub:1129
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Baş konsulluğu tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və Baş konsulluğun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə,
tədbirdə Dubay Əmirliyinin dövlət və qeyri-hökumət təşkilatlarının rəsmiləri, Türkiyə və bir sıra MDB respublikalarının Dubayda akkreditə olunmuş baş konsulları, ölkəmizin Əbu Dabidəki səfirliyinin əməkdaşları, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Hava Yolları Cəmiyyətinin BƏƏ-də fəaliyyət göstərən regional ofislərinin təmsilçiləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş konsul Pərviz İsmayılzadə, dahi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat vermiş, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, müasir dövlət quruculuğunda, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında əvəzsiz xidmətlərindən bəhs edib. Pərviz İsmayılzadə əsası ümummilli lider tərəfindən qoyulmuş müdrik siyasi kursun onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbir zamanı ulu öndərin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs edən sənədli film və foto stend nümayiş etdirilmiş, buklet və broşürlər qonaqların diqqətinə təqdim olunub.


Teqlər:  





Xəbər lenti