20 yaşlı tələbə intihar edib

20 yaşlı tələbə intihar edib
  08 May 2013    Oxunub:1107
Mingəçevirdə bir nəfər özünü 6-cı mərtəbədən aşağı atıb
Mingəçevir şəhər polis şöbəsindən şəhər prokurorluğuna şəhər sakininin ölümü ilə bağlı məlumat daxil olub.

Şəhər Prokurorluğunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 20 yaşlı Mingəçevir şəhər sakini tələbə Məhərrəmova Nilufər Aqşin qızı 07 may 2013-cü il tarixdə saat 10 radələrində özünü yaşadığı mənzilin eyvanından 6-ci mərtəbədən aşağı atıb.

O, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti