Cənubi Qafqaz Forumu davam edir

Cənubi Qafqaz Forumu davam edir
  08 May 2013    Oxunub:1382
Bakıda Cənubi Qafqaz Forumunun birinci iclası keçirilir.
Bakıda keçirilən Cənubi Qafqaz Forumunun iclasının sonuncu günündə ilk müzakirə “Funksiyalara cəmiyyətlər naminə Mədəniyyətlərarası və dinlərarası münsaibətlər” və “Şəxsiyyətin plüralizmi” mövzuları ətrafında olub.

Birinci zalda iclasın moderatoru Swaminatan Tədqiqat Fondunun əməkdar sədri Mankombu Sambasivan Swaminatan qonaqları salamlayıb və bugünkü məruzəçiləri təqdim edib.

Tanıtın mərasimindən sonar söz Litvanın sabiq prezidenti Valdas Adamkusa verilib. O, tarix boyu katoliklərə qarşı təzyiqlərdən danışıb. Sabiq prezident Litvada 77 faiz insanın özünü katolik hiss etdiyini, 20 faizin isə sadəcə olaraq ibadət etdiyini deyib.

Uruqvayın sabiq prezidenti Luis Alberto Lakalle və Bolqarıstan eks-prezidenti Petra Stoyanov mövzu ilə bağlı mülahizələrini söyləyiblər.

Çıxış edən Latviyanın keçmiş prezidenti Valdis Zatlers dövlət ilə din arasında xüsusi qanunun mövcudluğunun vacibliyindən danışıb.

İkinci zalda isə ABŞ-ın birinci xanımı Mişel Obamanın şəxsi heyətinin sabiq rəhbəri moderatorluq edir. Burada məruzəçilər Hindistan parlamentinin Yuxarı Palatasının üzvü Kuran Sing, Mavritaniyanın sabiq prezidenti Kassam Utim, Mərmərə Qrupu Fondunun Baş katibi Akkan Suver, Yəmənin sabiq Baş naziri Abdulkarim Əl İryani, İsveçrə Konfederasiyanın eks-prezidenti Mişelin Kalmi-Rey mövzu ilə bağlı fikirlərini bildiriblər.

Çıxışlardan sonra müzakirələr davam etdirilir.(salamnews)




Teqlər:  





Xəbər lenti