Səməd Seyidov Avropalı qonaqları qəbul edib

Səməd Seyidov Avropalı qonaqları qəbul edib
  08 May 2013    Oxunub:1258
Səməd Seyidov universitetdə Alman, Fransız, İsrail, İndoneziya mərkəzləri ilə yanaşı 15-dən artıq mərkəzin fəaliyyət göstərdiyini deyib.
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Avropa Komissiyasının Tərcümə üzrə baş direktoru Marko Benedettini qəbul edib. ADU-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, rektor Səməd Seyidov Avropa Komissiyasının nümayəndələrini ADU-da görməkdən məmnun olduğunu dilə gətirib. O, bu görüşün əməkdaşlığın başlanğıcı olduğunu qeyd edib. Səməd Seyidov Azərbaycanda gənclərin idarəetmədə böyük rol oynadığını vurğulayıb. ADU-nun dillərin tədrisində unikal tədris ocağı olduğunu deyən professor Səməd Seyidov burada Alman, Fransız, İsrail, İndoneziya mərkəzləri ilə yanaşı 15-dən artıq mərkəzin fəaliyyət göstərdiyini sözlərinə əlavə edib.

Rektor, professor Səməd Seyidov Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ADU-nun baş koordinator olduğunu deyib və o, Avropa Birliyinin proqramlarında ADU-nun iştirakından söz açıb. Avropa Komissiyasının Tərcümə üzrə baş direktoru Marko Benedetti səmimi qəbula görə təşəkkür edbi. O, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. O, tərcümənin artıq qlobal məsələ olduğunu bildirib və yeni proqramlarla işləməyin vacibliyini vurğulayıb. Görüşdə gələcək əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti